Bu gecə ilin ilk "El Klassiko"su baş tutacaq

06.02.2019 16:00
247
Bu gecə ilin ilk "El Klassiko"su baş tutacaq

Bu gün İspaniya Kubokunda 2019-cu ilin ilk "El Klassiko"su baş tutacaq.


Ekspress.az xəbər verir ki, əzəli rəqiblər - "Barselona" və "Real Madrid" Kral Kuboku turnirinin yarımfinal mərhələsi çərçivəsində qarşılaşacaqlar.


Matç "Kamp Nou"da Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək. Cavab görüşü isə fevralın 27-də baş tutacaq.


Qeyd edək ki, "Barselona"nın kapitanı Lionel Messi La Liqanın 22-ci turunda "Valensiya" ilə görüşdə bud nayihəsindən zədə aldığından onun "El Klassiko"nu buraxacağı ehtimal edilirdi. Lakin bu gün oynayacaq heyətdə Leonun da açıqlanıb.


"Barselona”nın heyəti:


Qapıçılar: Mark-Andre ter Şteqen, İqnasio Penya


Müdafiəçilər: Nelson Semedu, Jerar Pike, Jordi Alba, Serxio Roberto, Karles Alenya, Tomas Vermalen, Ceyson Murilyo, Kleman Laqnle


Yarımmüdafiəçilər: İvan Rakitiç, Filippe Koutinyo, Serxio Busqets, Artur, Karles Alenya, Arturo Vidal


Hücumçular: Lionel Messi, Luis Suares, Malkom, Kevin-Prins Boatenq

  • SON XƏBƏR
  • TREND