Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq


22.05.2019 09:34
69
Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq

Mayın 21-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Bakı - Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik müəyyən edilib. 


Ekspress.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin “Günün nəbzi” verilişində bildirib.


“Bu gün Sabunçu dəmir yolu vağzalından şəhərə avtobusla çatmaq üçün gediş haqqı 60 qəpikdir. Biz isə Sabunçudan mərkəzə gediş haqqını 50 qəpik müəyyən etdik", - C.Qurbanov deyib (report). 


***

C.Qurbanov onu da qeyd edib ki, uzunluğu 13,5 km olan Bakı-Sabunçu dəmir yolu xətti üzrə məsafəni 15 dəqiqəyə qət etmək mümkün olacaq: "Bu yolu birbaşa getmək üçün 12 dəqiqə, sərnişinlərin minib-düşməsi ilə əlaqədar qatar hər stansiyada 1 dəqiqə dayanarsa, 15 dəqiqə lazımdır".


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND