Rusiya Ermənistanda hərbi təlim keçirəcək

30.03.2019 19:07
434
Rusiya Ermənistanda hərbi təlim keçirəcək

Rusiya təyyarəçiləri Ermənistanın Baqramyan poliqonunda aprelin 1-dən 14-dək əməliyyat-taktiki təlimi keçirəcək.


Ekspress.az xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin Mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, təlimdə iştirak edəcək “MiQ-29” qırıcıları Rusiyanın Ermənistandakı Erebuni aviasiya hərbi bazasının ehtiyat aerodromuna yerləşdirilib (report).Təlimdə 20-yə yaxın “MiQ-29” qırıcı, 200-dən çox hərbçi və mühəndis-texniki heyət iştirak edəcək.


Ermənistan silahlı qüvvələrinin hərbçiləri ilə ikitərəfli təlimin keçirilməsi nəzərdə tutulub.


Ekspress.az

Açar sözlər: