ARDNF noyabrda 654 milyon dollar satıb

06.12.2018 10:51
43
ARDNF noyabrda 654 milyon dollar satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin noyabr ayı ərzində 654,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Ekspress.az ARDNF-ə istinadən bildirir ki, yanvar-noyabr dövründə satılan valyutanın dəyəri 5,782 milyard dollara çatıb.

Valyuta satışının əsas məqsədi Azərbaycanın dövlət büdcəsinə manatla transfertin həyata keçirilməsidir. Fondun büdcəsinə görə 2018-ci ildə dövlət büdcəsinə 6,45 milyard dollar köçürülməlidir. Deməli, dekabrda Fond daha 668 milyon dollar satmalı olacaq.


2018-ci ilin oktyabrında ARDNF 489,6 milyon dolları məbləğində vəsait satıb.Oktyabla müqayisədə noyabrda valyuta satışı 164,5 milyon dollar artırılıb. Sentyabrda isə Fond tərəfindən 394,8 milyon ABŞ dolları dəyərində valyuta satışı olub.


Sentyabrda valyuta satışının məbləği avqusta nisbətən təxminən 2 dəfə azalmışdı. Avqustda ARDNF 733,7 milyon dollar məbləğində valyuta satmışdı ki, bu da sentyabrda satılan valyuta ilə müqayisədə 1,85 dəfə çoxdur.


2018-ci ildə ay ərzində ən çox valyuta satışı apreldə olub. Apreldə Fond 802,6 milyon dollar dəyərində satış həyata keçirib. Avqustda qeydə alınan nəticə ikinci ən yüksək satış göstəricisidir.


2018-ci ilin birinci rübü ərzində keçirilən hərraclarda 1,31 milyard dollar dəyərində xarici valyuta satılıb. Mayda 422,7 milyon dollar, iyunda 439 milyon dollar, iyulda valyuta satışının məbləği isə 536,6 milyon dollar olub.


Avqustda valyuta satışını artırması Fondun büdcəsinə edilən dəyişik və dollara tələbin yüksəlməsi ilə əlaqəlidir. Fondun büdcəsinə edilən dəyişikliyə əsasən ARDNF-dən 2018-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi 9,216 milyard manatdan (5,421 milyard dollar) 10,966 milyard manata (6,45 milyard dollar) qədər artırılıb.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND