Bərdədə yaralanan 2 nəfər Bakıda xəstəxanada ölüb

08.06.2019 11:08
31
Bərdədə yaralanan 2 nəfər Bakıda xəstəxanada ölüb

Bərdə rayonunda baş verən yol qəzasında xəsarət alan iki nəfər Bakıda müalicə olunduqları xəstəxanada ölüb.


Hadisə zamanı "QAZel" markalı avtomobildə olan sərnişinlər 1983-cu il təvəllüdlü Elnur İlyas oğlu Gülməmmədov və 2009-cu il təvəllüdlü İlyas Vasif oğlu Gülməmmədov ağır bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Lakin vəziyyətləri ağır olduğundan hər iki yaralı Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib (report). Həkimlərin səyinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.


İyunun 7-də Bərdənin Alpout kəndində "QAZel" markalı iki yük avtomobili toqquşub. Nəticədə yük avtomobillərinin birinin yanacaq çənində partlayış baş verib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND