Azərbaycan "Barcelona"-sının oynunda qan su yerinə axdı - Görüntülər yayıldı


20.04.2019 10:12
311
Azərbaycan "Barcelona"-sının oynunda qan su yerinə axdı - Görüntülər yayıldı

Dünən İranda Cənubi azərbaycanlıların klubu kimi hesab edilən“Traktor Sazi”-nin "Peykan" (Tehran) komandası ilə növbəti oyunda qarşıdurma yaşanıb.


Ekspress.az xəbər verir ki, oyun zamanı azarkeşlərlə polis qüvvələri arasında insident baş verib.

Buna səbəb isə hakimin açıq-aşkar “Traktor” komandasına qarşı qərəz nümayiş etdirərək 3 penaltini hesaba almaması olub (Buta.media).

Polis qüvvələri güc tətbiq edərək, azarkeşlərə qarşı bibər qazı və su şırnaqlarından istifadə edib.


Məlumata görə, qarşıdurma zamanı xeyli insan xəsarət alıb.


Qeyd edilir ki, "Traktor" 1:0 hesabı ilə oyunu uduzub.


Xatırladaq ki, “Traktor Sazi”nin matçlarında daim Azərbaycana dəstək şüarları səslənir. Təbrizin “Traktorsazi” futbol komandası azakeşlərin çoxusu azərbaycanlıldır.


Ekspress.az

Açar sözlər: