Prezident iki gömrükçüyə general rütbəsi verdi

29.01.2019 18:30
328
Prezident iki gömrükçüyə general rütbəsi verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.


Ekspress.az xəbər verir ki, Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.


Məmmədov Kənan Ələsgər oğlu - Bakı Baş Gömrük İdarəsinin rəisi


Rəsulov Məsum Eynalı oğlu - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi.

 

Açar sözlər: