"Toy dəvətnamələri belə sosial şəbəkələrdən göndərilir" - deputat

08.02.2019 15:22
267
"Toy dəvətnamələri belə sosial şəbəkələrdən göndərilir" - deputat

"İnternet, onlayn media, sosial şəbəkələr həyatımızın bir parçasına, ayrılmaz tərkib hissəsinə çevrilib. Həyatımızı, müasir dünyamızı bunlarsız təsəvvür etmək mümkün deyil. Həyatdakı real münasibətlər virtual münasibətlər müstəvisinə keçib. Bu gün ev, iş telefonları - illərlə gördüyümüz, alışdığımız, istifadə etdiyimiz bu texnoloji avadanlıqlar az qala unudulub, yadırğanıb".


Ekspress.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.


Deputat deyib ki, bəlkə də, kimlərdənsə “axırıncı dəfə nə vaxt ev, iş telefonundan istidafə etmisiniz?”, - deyə soruşsaq, cavab verə bilməzlər.


"Bu gün “Feysbuk”, “Tvitter”, “Votsap”, “İnstaqram” ünsiyyət vasitəsinə çevrilib, insanlar buradan bir-biri ilə əlaqə qurur, hal-əhval tutur. Hətta toy, ad günü şənliklərinə dəvətlər belə dəvətnamələr vasitəsilə deyil, sosial şəbəkələr üzərindən göndərilir", - deyə K.Əliyeva bildirib.


Ekspress.az