Qazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olundu

19.07.2019 10:40
155
Qazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olundu

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Qazaxıstan prezidentinin parlamentdəki nümayəndəliyinin rəhbəri təyin olunub.


Ekspress.az xəbər verir ki, müvafiq fərmanı dövlət başçısı Kasım-Jomart Tokayev imzalayıb.


Mətbuat xidmətindən bildirilib ki, eyni fərmanla B.İsabayev Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad olunub.


Qeyd edək ki, B.İsabaev 2015-ci il martın 16-dan etibarən ölkəsinin Azərbaycandakı səfiri vəzifəsində çalışıb (unikal.org).


Ekspress.az