İpoteka və Kredit Zəmanət Fondunun aktivləri 1,276 milyard manatı ötüb

11.02.2019 13:35
169
İpoteka və Kredit Zəmanət Fondunun aktivləri 1,276 milyard manatı ötüb


2018-ci ildə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun aktilərinin həcmi 1 milyard manatı ötüb. Ekspress.az Fondun statistik məlumatlarına əsasən xəbər verir ki, ötən il aktivlərin həcmi 1 milyard 276 milyon manatı ötüb. 2017-ci ildə Fond 958,4 milyon manat aktivə sahib idi. Son bir ildə aktivlərdə 33,2 faiz (313 milyon manat) artım qeydə alınıb.


Aktivlərin 895,27 milyon manatını ipoteka kreditləri təşkil edir. 2017-ci ilə nisbətən ötən il ipoteka kreditlərində 212 milyon manat və ya 22,1 faiz artım baş verib.


2018-ci ildə Fondun öhdəlikləri də artıb. Ötən ilin sonunda öhdəliklərin həcmi 744 milyon manata yüksəlib. 2017-ci ildə Fondun 545,2 milyon manat öhdəliyi var idi. Son bir ildə öhdəliklərdə 199 milyon manat (36,5 faiz) artım olub.


Öhdəliklərin artması əsasən buraxılan qiymətli kağızların həcminin artması ilə əlaqəlidir. Buraxılan qiymətli kağızların dəyəri 2017-ci ildə 538,5 milyon manat olduğu halda 2018-ci ilin sonunda 744 milyon manatı ötüb. Bir ildə Fond 205,5 milyon manat dəyərində qiymətli kağız buraxıb.


2018-ci ildə Fondun vergidən əvvəlki mənfəəti 19 milyon 319 min manat təşkil edib. Bu, 2017-ci illə müqayisədə 2,9% çoxdur. Fond 2017-ci ili 18 milyon 784 min manat vergidən əvvəlki mənfəət ilə başa vurmuşdu.



  • SON XƏBƏR
  • TREND