Putin Soçidə ABŞ dövlət katibi ilə görüşəcək

10.05.2019 16:58
48
Putin Soçidə ABŞ dövlət katibi ilə görüşəcək

ABŞ-ın dövlət katibi Maykl Pompeo mayın 14-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.


“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.


Məlumata görə, M.Pompeo Rusiya prezidenti ilə ikitərəfli və çoxtərəfli əlaqələrlə bağlı bütün məsələləri müzakirə edəcək.


Dövlət katibi mayın 13-də Moskvada ABŞ səfirliyinin əməkdaşları, amerikalı tələblər və amerikalı iş adamları ilə görüşəcək (report).


Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında görüş də mayın 14-də Soçidə keçiriləcəyinə dair məlumat yıyılmışdı. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND