"Çinlə ticarət danışıqları çox yaxşı gedir" - Tramp

09.01.2019 06:22
39
"Çinlə ticarət danışıqları çox yaxşı gedir" - Tramp

ABŞ Prezidenti Donald Tramp hazırda Çinlə aparılan ticarət danışıqları barədə nikbin fikirdə olduğunu ifadə edib.


Ekspress.az "virtualaz.org"a istinadla xəbər verir ki, Donald Tramp "Tvitter" səhifəsində Çinlə ticarət danışıqlarının "çox yaxşı" getdiyini yazıb.


Amerika nümayəndə heyəti bu gün Pekində Çin tərəfinin təmsilçiləri ilə danışıqları davam etdirib. Bu səfər iki dövlətin liderlərinin dekabrın 1-də "ticarət sülhü" elan etməsindən sonra keçirilən ilk birbaşa görüşdür.


ABŞ-ın ticarət naziri Uilbur Ross srağagün CNBC telekanalına müsahibəsində danışıqlardan müsbət nəticə gözlədiyini bildirib. Onun fikrincə, təxirəsalınmaz qərarlar tələb edən ticarət məsələlərinin həlli üçün çox yaxşı şanslar var, lakin struktur problemləri üzrə razılığa gəlmək mürəkkəb olacaq.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND