Azərbaycanda yeni qurum yaradılır - Rəhbəri kimdir?


29.08.2019 16:25
59
Azərbaycanda yeni qurum yaradılır - Rəhbəri kimdir?

Tanınmış şair-publisist, Müstəqil.az saytının rəhbəri Faiq Balabəyli Dənizçilərin Hüquqlarının Müdafiəsi Komitəsi adlı qurum yaradır.


Ekspress.az xəbər verir ki, bu barədə Faiq Balabəyli özü məlumat verib.


Əsas fəaliyyət dairəsi dənizçilik olan Faiq Balabəyli ADXG QSC-nin Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır. Dənizçilik sahəsində yaranan, həlli mümkün olan, lakin müəyyən səbəblərə görə həllini tapmayan problemlərin aradan qaldırılmasında DHM-in (Dənizçilərin Hüquqlarının Müdafiəsi) xüsusi rol oynayacağını deyən F.Balabəyli Azərbaycan Dəniz Administrasiyasına və ADXG QSC-yə bu işdə dəstək və qarant durmaları haqda da müraciət edəcəklərini deyib.


O qeyd edib ki, dünyanın bir çox sularında, eləcə də Xəzər dənizində üzən dənizçilərin hüquqlarını qorumaq və onlara dəstək olmaq qurumun əsas işi olacaq. (kult)


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND