Azərbaycanın ən böyük neft-qaz ehtiyatları iki yatağın payına düşür

11.06.2019 17:32
114
Azərbaycanın ən böyük neft-qaz ehtiyatları iki yatağın payına düşür

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz”, “Əşrəfi”, “Qarabağ”, “Ümid” və “Abşeron” yataqların ilkin çıxarıla bilən neft və kondensat ehtiyatları 1 458 mln. ton həcmində qiymətləndirilir.


SOCAR-dan verilən məlumata görə, göstərilən rəqəmin 1 340 mln. tonu AÇG-nin (1 100 mln. ton) və “Şahdəniz” (240 mln. ton) yatağının payına düşür (APA).


Bundan əlavə, sözügedən 6 yataqdan ilkin çıxarıla bilən qaz ehtiyatları 2 440 mlrd. kubmetr təşkil edir ki, bunun da 1 850 mlrd. kubmetri AÇG (650 mlrd. kubmetr) və “Şahdəniz” (1 200 mlrd. kubmetr) yataqlarında yerləşir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND