• 21 °C Bakı
  • 20 °C Quba
  • 19 °C Gəncə
  • 15 °C Yevlax
  • 17 °C Naxçıvan

Nazir: "Bu gün 10 min manat pensiya alan vətəndaşlarımız var"

13.03.2019 15:08
118
Nazir: "Bu gün 10 min manat pensiya alan vətəndaşlarımız var"

"İnsanlar bəzən sosial sığortaya vergi kimi yanaşırlar Amma sosial sığorta vergi deyil".


Bu açıqlamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev verib. Nazir qeyd edib ki, vergi vətəndaşın dövlətə əvəzsiz ödədiyi vəsaitdir:


"Sosial sığorta vətəndaşa pensiya dövründə geri qaytarılacaq vəsaitdir və o, bir neçə dəfə qalxaraq vətəndaşa qayıdır. Çünki illər boyu indeksasiya olunur və ödəmə dövrü 25-30 il olduğu halda, vətəndaşın geri alma dövrü 12 ildir (ONA). Ona görə də sosial sığorta hər bir vətəndaşın özünə lazımdır".


Nazir söyləyib ki, bu gün 3, 5, 10 min manat pensiya alan vətəndaşlarımız var:


"Sırf sosial sığorta prinsiplərinə görə aldıqları əməkhaqqını tam leqal şəkildə göstəriblər, 25%-ni ödəyiblər və bu gün çox yüksək məbləğdə pensiya alırlar. Amma böyük bir kütlə insanımız var ki, onlar maaşlarını ya göstərməyiblər, ya da sosial sığorta ödəməyiblər və onlar bu gün minimum pensiya alır. Ona görə cənab prezidentimiz növbəti dəfə böyük humanist addım atdı. Minimum pensiyanı 160 manata qaldıranda vaxtilə sosial sığortanı ödəməyən 233 min insanların pensiyasını artırdı. Çünki onlar ödədikləri ödənişlə bu rəqəmə heç vaxt çatmayacaqdılar”.  

 

Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND