• 25 °C Bakı
  • 22 °C Quba
  • 23 °C Gəncə
  • 23 °C Yevlax
  • 22 °C Naxçıvan

Türkiyə Mərkəzi Bankı faizləri sabit saxladı, lirə ucuzlaşdı

25.04.2019 16:00
68
Türkiyə Mərkəzi Bankı faizləri sabit saxladı, lirə ucuzlaşdı

Türkiyə Mərkəzi Bankı (TCMB) aprel ayı iclasının qərarını açıqlayıb.

 

Bankın İdarə Heyəti gözələnildiyi kimi faiz dərəcəsini dəyişmədi və 24 faiz səviyyəsində saxladı.

 

"Bloomberg"in sorğusuna qatılan 20 mütəxəssisin 1-i istisna olmaqla qalanları pul siyasəti faizinin sabit saxlayacağını gözləyirdi. 

 

İqtisadçılar, inflyasiyanın yüksəlməsi risklərininin davam etməsi və maliyyə bazarlarındakı oynaqlığın qiymət sabitliyi üzərindəki riskləri ilə əlaqədar olaraq Mərkəzi Bankın faizlərdə dəyişiklik edəcəyini gözləmirdilər.

 

Mərkəzi Bankın qərarından sonra Dollar/Türk Lirəsi məzənnəsi 1,4% artımla 5.9550 səviyyəsini görüb.

 

Mərkəzi Bankın açıqlamasında, sərt pul siyasətinin inflyasiyada əhəmiyyətli yaxşılaşma təmin olunana qədər davam edəcəyi qeyd olunub, ancaq "ehtiyac halında əlavə sərt tədbir görüləcək" ifadəsi mətndən çıxarılıb. Bu ifadənin mətndən çıxarılması Türk Lirəsinin ucuzlaşmasına səbəb olub. Bu, Mərkəzi Bankın bu il faiz endirə biləcəyinə işarədir (marja). 

 

Ekspress.az

  • SON XƏBƏR
  • TREND