DSX sərhədi pozan gürcüstanlını saxladı

08.08.2019 10:06
141
DSX sərhədi pozan gürcüstanlını saxladı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması tədbirləri davam etdirilir.


Ekspress.az DSX-dən verilən məlumata görə, avqustun 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində saxlanılıb.


Fakt üzrə cinayət işi qaldırılıb, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir. (axar)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND