"Qarabağ" böyükhesabla uduzub, qrupda qaldı

30.11.2018 07:42
61
"Qarabağ" böyükhesabla uduzub, qrupda qaldı

Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilib.


Azərbaycan çempionu "Qarabağ” E qrupunda son ev qarşılaşmasına çıxıb.


Qurban Qurbanovun yetirmələri Portuqaliyanın "Sportinq” klubu ilə qarşılaşıb. Ağdam klubu 1/16 final şansını qorumaq üçün mütləq qələbə qazanmalı idi. Amma komandamız nəyinki buna nail olmayıb, hətta böyük hesabla yenilib - 1:6. 


Bununla da "Qarabağ" qrupdan çıxmaq şansını itirib. Bu qrupdan bundan əvvəl "Arsenal" 1/16 finala çıxmışdı ("fanat.az"). Dünən isə "Sportinq" bu vəzifənin öhdəsindən gəlib. 


Qeyd edək ki, qrupun digər oyununda isə "Arsenal" səfərdə "Vorskla"ya qalib gəlib - 3:0.

 

Avropa Liqası

Qrup mərhələsi

E qrupu, V tur


29 noyabr

Qarabağ (Azərbaycan) - Sportinq (Portuqaliya) 1:6

Qollar: Abdullah Zubir, 14 - Bas Dost, 5-pen. Bruno Fernandes, 20; 75. Nani, 33. Abduay Diabi, 65; 82. 

Qarabağ: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev (19. Filip Ozobiç, 71), 8. Miçel, 9. Аraz Abdullayev (28. Con Delarj, 82), 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k). 17. Abdullah Zubir, 52. Jakub Jezniçak, 77. Donald Gerye.

Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 10. Dani Kintana, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.

Baş məşqçi: Qurban Qurbanov.

Sportinq: 40. Renan Ribeyro, 4. Sebastian Koates, 5. Cefferson, 6. Andre Pinto, 8. Bruno Fernandes, 17. Nani (k) (18. Karlos Mane, 79), 23. Abduay Diabi, 28. Bas Dost (77. Covane Kabral, 71), 37. Vendel, 76. Bruno Qaşpar (95. Tyerri Korreya, 74), 86. Nemanya Qudel.

Ehtiyat oyunçular: 19. Romain Salin, 25. Radosav Petroviç, 63. Tyaqo Calo, 90. Migel Luiş.

Baş məşqçi: Marsel Kayzer.

Sarı vərəqələr: Jakub Jezniçak. 4. Qara Qarayev, 25. Mahir Mədətov, 40. Miçel, 44. Simeon Slavçev, 49 - Bruno Fernandes, 28.

Hakimlər: Petr Ardeleanu, Petr Blazey, Tomas Mokruş, Yan Patak, Zbinek Proske, Emanuel Marek (Çexiya).

Hakim-inspektor: Bernardino Qonsales Vaskes (İspaniya).

UEFA nümayəndəsi: David MkDauel Zor (Sloveniya).

Bakı Olimpiya Stadionu. 

 

Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND