“Niva”larda təhlükə aşkarlandı: alışma verə bilər

16.08.2019 15:00
63
“Niva”larda təhlükə aşkarlandı: alışma verə bilər

Almaniyada 1500 ədəd “Lada 4x4” avtomobili geri çağırılıb.


Ekspress.az xəbər verir ki, bu barədə məlumatı motor.ru saytı yayıb. Söhbət 2017 və 2018-ci illərdə bu ölkədə satılmış maşınlardan gedir.


Sözügedən avtomobillərin geri çağırılmasına səbəb isə onların istehsalı zamanı yol verilmiş səhv olub. Məlum olub ki, yolsuzluq avtomobillərində generatorun kabeli düzgün yerləşdirilməyib. Bu da, öz növbəsində, alışma yarada bilər.

Qeyd edilir ki, geri çağırılan “Niva” sahiblərinin maşınları ödənişsiz təmir ediləcək.(unikal)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND