Milli Məclisdə Dövlət himni ilə bağlı mübahisə: "Bir sözünü belə çıxartmaq olmaz"

02.11.2018 13:17
985
Milli Məclisdə Dövlət himni ilə bağlı mübahisə: "Bir sözünü belə çıxartmaq olmaz"

Digər dövlətlərin himnlərin 2 - 2.5 dəqiqə olduğu halda, Azərbaycanın dövlət himni 4 dəqiqədir.


Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli "Azərbaycan Respublikası Dövlət himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun müzakirəsi zamanı deyib.


Deputat bildirib ki, hər kəs himni sevməlidir: “Dəfələrlə deyilib ki, həcmi azaltmaq lazımdır, bunu əzəmətli bir himnə çevirmək lazımdır. Üzeyir Hacıbəyli Azərbaycan Sovet Sosialist Respublikasının da himninin musiqisini yazıb. O, indikindən daha nikbin idi. Bunlar nəzərə alınmalıdır. Xahiş edirəm, himnin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, bədbin notlar götürülsün”.


Deputat Fəzail İbrahimli isə kəskin etirazını bildirib. O qeyd edib ki, himnin bir sözünü belə çıxartmaq olmaz.


Ekspress.az

Açar sözlər: