• AZN:
  • USD 1.7000
  • EUR 1.9649
  • RUB 0.0260
  • GBP 2.2393
  • TRY 0.2990
  • GEL 0.6355
  • Qızıl 2077
  • USD:
  • EUR 0.868
  • TRY 5.58
  • RUB 65.4
  • GBP 0.762
  • AED 3.67
  • Neft 80.26

Özəl bağçaların sayı sürətlə artır

11.10.2018 13:23
33
Özəl bağçaların sayı sürətlə artır

2017-ci ildə qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin sayı 2016-cı ilə nisbətən 32 faiz artıb. Rəsmi dövlət statistikasına əsasən, 2016-cı ildə qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin sayı 66 olduğu halda 2017-ci ildə say 87-yə yüksəlib.


Statistika göstərir ki, qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin sayı son 8 idə kəskin şəkildə artıb. Belə ki, 2009-cu ildə sayları 5 olan qeyri-dövlət məktəbəqədər təhsil müəssisələri 2012-ci ildə 37-yə, 2015-ci ildə 56-ya, 2017-ci ildə 87-yə yüksəlib.


Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 48-i uşaq bağçası, 36-sı körpələr evləri-uşaq bağçaları və körpələr evləri, 3-ü məktəb-uşaq bağçalarıdır.


Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin sayı sürətlə artdığı kimi burada təhsil alan uşaqların da sayı sürətlə artır. 2009-cu ildə bu təhsil müəssisələrində 275 uşaq təhsil alırdısa, 2017-ci ildə onların sayı 3063-ə yüksəlib.


Son iki-üç ildə iqtisadiyyatımızda müşahidə edilən zəifləmə qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan uşaqların sayına təsir edib. 2015-ci ildə hər 100 yerə düşən uşaqların sayı 78 olduğu halda, 2017-ci ildə 65-ə olub.


Qeyd edək ki, ötən ilin sonuna aid olan məlumata görə, Azərbaycanda 1750 ədəd məktəbəqədər təhsil müəssisəsi olub. Bunların 87-si qeyri-dövlət, 1663-ü dövələt təhsil müəssisəsidir. 2009-cu ildə məktəbəqədər təhsil müəssisələrinin 0,3 faizi qeyri-dövlət müəssisəsi idisə 2017-ci ildə onların payı 5 faizə çatıb.


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND