Ərdoğan, Putin və Ruhani Soçidə razılığa gəldilər

14.02.2019 22:33
307
Ərdoğan, Putin və Ruhani Soçidə razılığa gəldilər

Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə Zirvə görüşü keçirilib.


Ekspress.az "RİA Novosti" agentliyinə istindala xəbər verir ki, R.T.Ərdoğan iranlı və rusiyalı həmkarları ilə üçtərəfli görüş zamanı Suriyadakı vəziyyətə dair növbəti zirvə görüşünü Türkiyədə keçirmək təklifini irəli sürüb.


Türkiyə prezidenti həmkarları ilə bu barədə razılığa gəldiyini qeyd edib. “Biz cənab Putin və cənab Ruhani ilə üçtərəfli müzakirələri davam etdirmək barədə razılığa gəldik. Prezidentlərlə gələn görüşümüzü qarşıdakı aylarda Türkiyədə keçirmək istədiyimiz barədə fikirlərimizi bölüşdük”, - deyə Ərdoğan bildirib.