Özəl klinikalarda vaksinlər daha keyfiyyətlidir?

24.04.2019 20:40
157
Özəl klinikalarda vaksinlər daha keyfiyyətlidir?

Özəl klinikalarda vaksinlərin daha keyfiyyətli olması barədə deyilənlər şayiədir.


Ekspress.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.


Onun sözlərinə görə, Azərbaycanda peyvəndi dövlətin özü alır və onu vurdurmaq pulsuzdur: "Bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət vaksini istehsalçıdan alarkən bir neçə il müddətinə müqavilə bağlayır. Dövlət istehsalçıdan öz maliyyə vəsaiti ilə milyon dozalarla peyvənd alır, bu, ona ucuz başa gəlir. UNICEF bu prosesdə yalnız vasitəçilik edir. Özəl şirkətlər isə vaksinləri dərman şirkətlərindən tək dozalarla aldıqları üçün qiyməti bahalaşdırırlar. Valideynlər də düşünür ki, əgər qiymət bahadırsa, deməli, həmin vaksin daha keyfiyyətlidir. Belə halların olmaması üçün hamımız bu proseslərdən məlumatlı olmalı və ona qarşı mübarizə aparmalıyıq" (Trend).


N.Quliyev əlavə edib ki, Azərbaycanda peyvənd etdirmək könüllüdür. Amma valideyn razı deyilsə, bundan yazılı şəkildə imtina etməli və səbəbini əsaslandırmalıdır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND