Ermənilərin yaraladığı əsgərin durumu necədir?

22.07.2019 14:30
63
Ermənilərin yaraladığı əsgərin durumu necədir?

"Ermənistan silahlı bölmələrinin açdığı atəş nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Ceyhun Bay­ra­movun vəziyyəti yaxşılaşıb".


Ekspress.az xəbər verir ki, bunu Report-a açıqlamasında DSX-nin Mətbuat xidmətinin baş zabiti Rövşən Cahangirov deyib.


O bildirib ki, əsgər C.Bayramovun müalicəsi DSX-nin hospitalında davam etdirilir: "Yaralı əsgərin vəziyyəti artıq yaxşılaşıb, sağalmağa doğru gedir. Hər şey qaydasındadır. Həkim komissiyası qərar verdikdən sonra xəstəxanadan evə buraxılacaq. Hazırda müalicəsi davam edir".


Qeyd edək ki, iyulun 18-də Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yem­ber­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub. Düşmən Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutub. Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanıb.

DSX rəisi, general-polkovnik Elçin Qu­li­yev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi he­yəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da güclən­diril­məsi istiqamətində müvafiq tapşırıqlar verib.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND