"Formula 1" SOCAR Azərbaycan Qran-prisində sıralama turu yekunlaşıb


27.04.2019 19:25
206
"Formula 1" SOCAR Azərbaycan Qran-prisində sıralama turu yekunlaşıb

"Formula 1" üzrə SOCAR Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub.


Ekspress.az -ın məlumatına görə, "Mercedes" komandasının pilotu Valtteri Bottas ən yaxşı göstəriciyə imza atıb. Onun komanda yoldaşı Luis Hamilton ikinci, "Ferrari"dən Sebastyan Fettel isə üçüncü olub.


Sıralama turunun nəticələrinə əsasən sabah keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşəcək (report).


Qeyd edək ki, “Formula 1”də əsas yarış aprelin 28-də olacaq və saat 16:00-da başlayacaq.


Ekspress.az