Azərbaycanda 16 nəfər donuz qripinə yoluxub? - Səhiyyə Nazirliyi cavab verdi


31.01.2019 18:07
293
Azərbaycanda 16 nəfər donuz qripinə yoluxub? - Səhiyyə Nazirliyi cavab verdi

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda 16 nəfərin "donuz qripi”nə yoluxmasına dair xəbər yayıb.


Ekspress.az xəbər verir ki, təşkilatın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu aparılan laborator yoxlamalar nəticəsində Azərbaycanda 16 halda А/H1N1virusuna (donuz qripi) yoluxma halının təsdiqini tapdığını bildirib. Medicina.az-ın əməkdaşı məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, Azərbaycanda "donuz qripi”nə yoluxma qeydə alınmayıb. 

  

Qeyd edək ki, ÜST-nin Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu Azərbaycanda 2019-cu ilin yanvar ayının ilk 3 həftəsi ərzində laborator yoxlamalar zamanı 82 nümunədən 43-də müsbət nəticə əldə edildiyi, 16 halda А/H1N1 virusunun üzə çıxdığı barədə məlumat yayıb. Aşkarlanan virusların 5-i А/H3, 22-i A virusudur.


Ekspress.az