SOCAR Rusiyada neft yatağının işlənməsi ilə bağlı danışıqlar aparır

01.11.2018 15:06
230
SOCAR Rusiyada neft yatağının işlənməsi ilə bağlı danışıqlar aparır

SOCAR Rusiyada neft yatağının işlənməsi ilə bağlı danışıqlar aparır. Ekspress.az Trend-ə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib.


Onun sözlərinə görə, "Rosneft", "Qazprom" və "Novatek" də daxil olmaqla bir neçə şirkətlə danışıqlar aparılır.


E.Nəsirov həmçinin əlavə edib ki, SOCAR Rusiyanın "Qazprom" şirkətinə Rusiyadan qaz tədarükü üzrə müqavilənin 2020-ci ilə qədər uzadılmasını təklif edib.


Qeyd edək ki, tədarüklə bağlı əvvəlki müqavilə 2017-ci ildə bağlanıb və 2018-ci ildə müddəti bitir.


Ekspress.az

Açar sözlər: