Di­as­po­run qa­nun­ve­ri­ci­lik ba­za­sı

14.08.2018 11:13
342
Di­as­po­run qa­nun­ve­ri­ci­lik ba­za­sı

Azər­bay­ca­nın xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı döv­lət si­ya­sə­ti­nin qa­nun­ve­ri­ci­lik ba­za­sı­nı "Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı döv­lət si­ya­sə­ti haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı Qa­nu­nu təş­kil edir. Qa­nun Azər­bay­can di­as­po­ru­nun in­ki­şa­fı­na döv­lət qay­ğı­sı­nın da­ha da ar­tı­rıl­ma­sı, bu sa­hə­də cid­di fəa­liy­yət üçün va­hid stra­te­gi­ya­nın ha­zır­lan­ma­sı­nın hü­qu­qi prin­sip­lə­ri­ni, xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın əsas hü­quq və azad­lıq­la­rı­nın mü­da­fiə­sin­də, mil­li öz­gür­lü­yü­nü qo­ru­yub sax­la­ma­sın­da və in­ki­şaf et­dir­mə­sin­də döv­lət si­ya­sə­ti­nin məq­səd­lə­ri­ni, Azər­bay­ca­nın döv­lət müs­tə­qil­li­yi­nin qo­run­ma­sı və möh­kəm­lən­di­ril­mə­si, iq­ti­sa­di, so­si­al, mə­də­ni in­ki­şa­fı, di­gər döv­lət­lər­lə qar­şı­lıq­lı fay­da­lı mü­na­si­bət­lə­rin qu­rul­ma­sı pro­se­si­nə soy­daş­la­rın da cəlb edil­mə­si yol­la­rı­nı mü­əy­yən­ləş­di­rib.


Adı­çə­ki­lən Qa­nun 2002-ci ilin de­kab­rın 27-də Azər­bay­ca­nın ovaxt­kı döv­lət baş­çı­sı, ümum­mi­li li­der Hey­dər Əli­yev tə­rə­fin­dən im­za­la­nıb. Bu Qa­nun xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı Azər­bay­ca­nın döv­lət si­ya­sə­ti­nin məq­səd və prin­sip­lə­ri­ni və bu si­ya­sə­tin hə­ya­ta ke­çi­ril­mə­si ilə əla­qə­dar döv­lət or­qan­la­rı­nın fəa­liy­yə­ti­nin əsas­la­rı­nı mü­əy­yən edir.


Qa­nu­nun məq­səd­lə­ri üçün "xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar" de­dik­də, Azər­bay­ca­nın hü­dud­la­rın­dan kə­nar­da ya­şa­yan və özü­nü azər­bay­can­lı he­sab edən şəxs­lər ba­şa dü­şü­lür. Hə­min şəxs­lə­rə Azər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­daş­la­rı və on­la­rın öv­lad­la­rı, əv­vəl­lər Azər­bay­can SSR-nin və ya Azər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­daş­la­rı olan şəxs­lər və on­la­rın öv­lad­la­rı aid­dir. 


"Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar" an­la­yı­şı həm­çi­nin sa­da­la­nan ka­te­qo­ri­ya­la­ra aid ol­ma­yan, la­kin et­nik, dil, mə­də­niy­yət və ya ta­ri­xi əla­qə­lər ba­xı­mın­dan özü­nü azər­bay­can­lı he­sab edən şəxs­lə­rə və on­la­rın öv­lad­la­rı­na da şa­mil olu­nur.

Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı döv­lət si­ya­sə­ti­nin məq­səd­lə­ri müx­tə­lif­dir. Döv­lət bu is­ti­qa­mət­də si­ya­sə­ti­ni mü­əy­yən edən za­man bey­nəl­xalq hü­qu­qun ha­mı­lıq­la qə­bul edi­lən prin­sip və nor­ma­la­rı­na, Azər­bay­ca­nın tə­rəf­dar çıx­dı­ğı bey­nəl­xalq mü­qa­vi­lə­lə­rə və Azər­bay­ca­nın qa­nun­ve­ri­ci­li­yi­nə, elə­cə də mü­va­fiq xa­ri­ci döv­lət­lə­rin qa­nun­ve­ri­ci­li­yi nə­zə­rə alır. Azər­bay­can döv­lə­ti bey­nəl­xalq hü­qu­qa hör­mət et­mək şər­ti ilə xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın əsas hü­quq və azad­lıq­la­rı­nın hə­ya­ta ke­çi­ril­mə­si­nə və on­la­rın öz mil­li öz­gün­lü­yü­nü qo­ru­yub sax­la­ma­sı­na və in­ki­şaf et­dir­mə­si­nə kö­mək gös­tə­rir.


Döv­lə­ti­miz xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın Azər­bay­ca­nın döv­lət or­qan­la­rı, elə­cə də qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı ilə sıx əla­qə­lər qur­ma­sı və in­ki­şaf et­dir­mə­si, Azər­bay­ca­nın da­xi­li və xa­ri­ci si­ya­sə­ti, öl­kə­nin iq­ti­sa­di, so­si­al və mə­də­ni hə­ya­tı haq­qın­da in­for­ma­si­ya al­ma­sı­na şə­ra­it ya­rat­maq­da ma­raq­lı­dır. 

Bun­dan baş­qa, döv­lə­ti­miz ça­lı­şır ki, xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rı Azər­bay­ca­nın döv­lət müs­tə­qi­li­yi­nin və su­ve­ren­li­yi­nin qo­run­ma­sı­na və möh­kəm­lən­di­ril­mə­si­nə, iq­ti­sa­di, so­si­al və mə­də­ni in­ki­şa­fı­na, cə­miy­yə­tin və döv­lə­tin si­ya­si hə­ya­tı­na, ha­be­lə Azər­bay­can ilə di­gər döv­lət­lər ara­sın­da qar­şı­lıq­lı su­rət­də fay­da­lı mü­na­si­bət­lə­rin qu­rul­ma­sı və in­ki­şaf et­di­ril­mə­si­nə cəlb et­sin.


Döv­lə­ti­miz qeyd edi­lən­lər­lə bə­ra­bər bey­nəl­xalq hü­quq nor­ma­la­rı­na və mü­va­fiq döv­lət­lə­rin qa­nun­ve­ri­ci­li­yi­nə uy­ğun ola­raq, xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın mil­li-mə­də­ni mux­ta­riy­yət­lər və ic­ti­mai bir­lik­lər ya­rat­maq hü­qu­qu­nun hə­ya­ta ke­çi­ril­mə­si­nə yar­dım gös­tə­rir. 

Azər­bay­can xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı döv­lət si­ya­sə­ti­ni hə­ya­ta ke­çi­rər­kən bey­nəl­xalq hü­qu­qun ha­mı­lıq­la qə­bul edil­miş prin­sip­lə­ri­nə, o cüm­lə­dən in­san hü­quq və azad­lıq­la­rı­na hör­mət və di­gər döv­lət­lə­rin da­xi­li iş­lə­ri­nə qa­rış­ma­maq prin­sip­lə­ri­nə əsas­la­nır. Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı döv­lət si­ya­sə­ti Azər­bay­ca­nın da­xi­li və xa­ri­ci si­ya­sə­ti­nin ay­rıl­maz tər­kib his­sə­si ki­mi qə­bul edi­lir.


Azər­bay­can onun və­tən­da­şı olan və onun əra­zi­sin­dən kə­nar­da mü­vəq­qə­ti və ya dai­mi ya­şa­yan azər­bay­can­lı­la­rın hü­qu­qi mü­da­fiə­si­nə tə­mi­nat ve­rir və on­la­ra ha­mi­lik gös­tə­rir. Qa­nu­na əsa­sən, öl­kə­mi­zin və­tən­da­şı olan və onun əra­zi­sin­dən kə­nar­da mü­vəq­qə­ti və ya dai­mi ya­şa­yan azər­bay­can­lı­lar Azər­bay­can əra­zi­sin­də ya­şa­yan və­tən­daş­la­rı ilə bə­ra­bər hü­quq­la­ra ma­lik­dir və bə­ra­bər və­zi­fə­lər da­şı­yır­lar.

Azər­bay­can di­gər döv­lə­tin və­tən­da­şı olan və ya və­tən­daş­lı­ğı ol­ma­yan xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bü­tün sa­hə­lər­də əla­qə­lə­rin sax­lan­ma­sı­na və in­ki­şaf et­di­ril­mə­si­nə kö­mək gös­tə­rir, on­la­rın əsas hü­qüq və azad­lıq­la­rı­nın mü­da­fiə­si üçün mü­va­fiq təd­bir­lər gö­rür.

Kons­ti­tu­si­ya­mı­zın 69-cu mad­də­si­nin bi­rin­ci his­sə­si­nə uy­ğun ola­raq, di­gər döv­lə­tin və­tən­da­şı olan və ya və­tən­daş­lı­ğı ol­ma­yan xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar Azər­bay­can əra­zi­sin­də olar­kən, qa­nun­la və ya Azər­bay­ca­nın tə­rəf­dar çıx­dı­ğı bey­nəl­xalq mii­qa­vi­lə ilə baş­qa hal nə­zər­də tu­tul­ma­yıb­sa, Azər­bay­can və­tən­daş­la­rı ilə bə­ra­bər bü­tün hü­quq­lar­dan is­ti­fa­də edə bi­lər və bü­tün və­zi­fə­lə­ri ye­ri­nə ye­tir­mə­li­dir­lər.

Qa­nu­nun ya­rat­dı­ğı im­kan­la­ra əsa­sən Azər­bay­can və­tən­da­şı­nın xa­ri­ci döv­lə­tin əra­zi­sin­də ya­şa­ma­sı Azər­bay­can və­tən­daş­lı­ğı­nın xi­ta­mı­na sə­bəb ol­mur.


Di­gər döv­lə­tin və­tən­da­şı olan və ya və­tən­daş­lı­ğı ol­ma­yan xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın Azər­bay­can və­tən­daş­lı­ğı­nı əl­də et­mə­si və Azər­bay­can və­tən­daş­lı­ğı­na bər­pa edil­mə­si qay­da­sı "Azər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­daş­lı­ğı haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nu ilə tən­zim­lə­nir.

Azər­bay­can və­tən­daş­lı­ğı­na qə­bul edil­mə­si ba­rə­də və­sa­tət qal­dı­ran xa­ric­də ya­şa­yan azər­bay­can­lı mü­va­fiq döv­lət rü­su­mu­nu ödə­mək­dən azad edi­lir.

Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı iq­ti­sa­di sa­hə­də döv­lət si­ya­sə­ti­nin re­al­laş­ma­sı məq­sə­di ilə Azər­bay­ca­nın döv­lət or­qan­la­rı bə­zi təd­bir­lər gö­rür.

Qa­nun­ve­ri­ci­li­yə gö­rə döv­lə­ti­miz Azər­bay­ca­nın əra­zi­sin­də fəa­liy­yət gös­tə­rən kom­mer­si­ya təş­ki­lat­la­rı ilə xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın kom­mer­si­ya təş­ki­lat­la­rı ara­sın­da əmək­daş­lı­ğı təş­viq edir. Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın iş­ti­rak et­di­yi bir­gə mü­əs­si­sə­lə­rin ya­ra­dıl­ma­sı­na kö­mək gös­tə­rir, xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın Azər­bay­ca­nın iq­ti­sa­diy­ya­tı­na in­ves­ti­si­ya qoy­ma­la­rı və öl­kə­mi­zin əra­zi­sin­də sər­bəst su­rət­də sa­hib­kar­lıq fəa­liy­yə­ti ilə məş­ğul ol­ma­la­rı üçün əl­ve­riş­li şə­ra­it ya­ra­dır.

Qa­nun Azər­bay­ca­nın mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı­na xa­ric­də ya­şa­yan az­tə­mi­nat­lı azər­bay­can­lı­la­ra so­si­al yar­dım gös­tər­mək, xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı Azər­bay­ca­nın döv­lət si­ya­sə­ti­nin məq­səd­lə­ri üçün, xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­ra ma­liy­yə yar­dı­mı edən fi­zi­ki və hü­qu­qi şəxs­lə­rə ver­gi, göm­rük gü­zəşt­lə­ri və di­gər gü­zəşt­lə­ri ver­mək, elə­cə də tə­bii fə­la­kət­lər, eko­lo­ci və di­gər qə­za­lar baş ve­rən yer­lər­də ya­şa­yan azər­bay­can­lı­la­ra hu­ma­ni­tar yar­dım gös­tə­ri­lə bi­lər.

Azər­bay­ca­nın döv­lət or­qan­la­rı xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­ra öz mə­də­ni ir­si­nin və di­li­nin qo­ru­nub sax­lan­ma­sın­da və in­ki­şaf et­di­ril­mə­sin­də, öz ana di­lin­də təh­sil al­maq im­ka­nı­nın hə­ya­ta ke­çi­ril­mə­sin­də yar­dım gös­tə­rir və bu məq­səd­lə zə­ru­ri təd­bir­lər gö­rür. Döv­lət or­qan­la­rı di­gər döv­lət­lər­də ya­şa­yan azər­bay­can­lı­la­rın mil­li-mə­də­ni mux­ta­riy­yət­lə­ri ilə hər­tə­rəf­li əmək­daş­lıq hə­ya­ta ke­çi­rir. Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­ra öz mə­də­ni, el­mi və in­for­ma­si­ya tə­lə­ba­tı­nı ödə­mək üçün Azər­bay­ca­nın di­gər döv­lət­lər­də olan elm və mə­də­niy­yət mər­kəz­lə­rin­dən is­ti­fa­də et­mək im­ka­nı ve­ri­lir.

Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­ra öz mə­də­ni ir­si­nin qo­ru­nub sax­lan­ma­sın­da və in­ki­şaf et­di­ril­mə­sin­də yar­dım məq­sə­di ilə Azər­bay­ca­nın döv­lət or­qan­la­rı mü­əy­yən təd­bir­lər gö­rür.


Azər­bay­can döv­lə­ti xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın mə­də­niy­yət mər­kəz­lə­ri­nə, mə­də­ni-maa­rif təş­ki­lat­la­rı­na, ki­tab­xa­na­la­rı­na, ar­xiv­lə­ri­nə, mu­zey­lə­ri­nə, te­atr­la­rı­na, mu­si­qi an­samb­lla­rı­na və di­gər ya­ra­dı­cı kol­lek­tiv­lə­ri­nə yar­dım gös­tə­rir, Azər­bay­can di­lin­də fəa­liy­yət gös­tə­rən mək­təb­lə­rin təd­ris-me­to­dik və mad­di-tex­ni­ki tə­mi­na­tı­na və in­ki­şa­fı­na, elə­cə də hə­min mək­təb­lər üçün kadr­la­rın ha­zır­lan­ma­sı­na kö­mək edir, azər­bay­can­lı­la­rın mə­də­ni ir­si­nin öy­rə­nil­mə­si­nə dəs­tək ve­rir, xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­ra öz ana di­li­ni qo­ru­yub sax­la­maq­da, ana di­li­nin öy­rə­nil­mə­si­nə, təh­sil al­maq və in­for­ma­si­ya əl­də et­mək üçün bu dil­dən is­ti­fa­də­yə şə­ra­it ya­ra­dıl­ma­sın­da kö­mək gös­tə­rir. 

Döv­lə­ti­miz xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın Azər­bay­can ta­ri­xi­ni və Azər­bay­can mə­də­ni ir­si­ni öy­rən­mə­si­nə şə­ra­it ya­ra­dıl­ma­sın­da on­la­ra kö­mək gös­tə­rir, xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­ra Azər­bay­can­da təh­sil al­maq, el­mi və di­gər ya­ra­dı­cı­lıq fəa­liy­yə­ti ilə məş­ğul ol­maq üçün gü­zəşt­li şərt­lər­lə yar­dım gös­tə­rir.

Azər­bay­ca­nın döv­lət or­qan­la­rı xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­ra in­for­ma­si­ya sa­hə­sin­də də kö­mək­lik edir. Bu­nun üçün azər­bay­can­lı­la­ra ana di­lin­də in­for­ma­si­ya al­maq­da və yay­maq­da, in­for­ma­si­ya va­si­tə­lə­ri ya­rat­maq­da, mü­va­fiq xa­ri­ci döv­lət­lər­lə Azər­bay­can ara­sın­da in­for­ma­si­ya əla­qə­lə­ri­nin qu­rul­ma­sın­da və in­ki­şaf et­di­ril­mə­sin­də yar­dım gös­tə­rir.


Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı Azər­bay­ca­nın döv­lət si­ya­sə­ti haq­qın­da və ya­şa­dıq­la­rı döv­lət­lər­də azər­bay­can­lı­la­rın və­ziy­yə­ti haq­qın­da in­for­ma­si­ya­nın ya­yıl­ma­sı­nı tə­min edir, ana di­lin­də te­le­vi­zi­ya, ra­dio, döv­ri mət­bu­at, in­ter­net və di­gər va­si­tə­lər­lə in­for­ma­si­ya­nın ya­yıl­ma­sı üçün zə­ru­ri şə­ra­it ya­ra­dır. 

Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın mə­lu­mat­lan­dı­rıl­ma­sı­nı hə­ya­ta ke­çi­rən Azər­bay­ca­nın küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nə qa­nun­ve­ri­ci­li­yi­nə uy­ğun ola­raq, ma­liy­yə və mad­di-tex­ni­ki və­sa­it­lər ve­rir, xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­ra məx­sus olan küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nə yar­dım gös­tə­rir.

Qa­nun­ve­ri­ci­lik xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı mo­ni­to­rin­qin apa­rıl­ma­sı­na da im­kan ve­rir. Azər­bay­can Res­pub­li­ka­sı­nı­ın mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın və­ziy­yə­ti haq­qın­da in­for­ma­si­ya­nın top­lan­ma­sı­nı, təh­li­li­ni və qiy­mət­lən­di­ril­mə­si­ni və bu məq­səd­lə xü­su­si mə­lu­mat ban­kı­nın ya­ra­dıl­ma­sı­nı tə­min edir.


Va­sif CƏ­FƏ­ROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur



  • SON XƏBƏR
  • TREND