"Neftçi” daha bir futbolçu transfer edib

16.06.2019 17:06
86
"Neftçi” daha bir futbolçu transfer edib

"Neftçi” klubu daha bir futbolçu transferini gerçəkləşdirib.


Fransalı hücumçu Stiven Jozef-Monroz ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı forvard yeni komandasında da 28 nömrəli formanı geyinəcək.


Sonuncu klubu "Qəbələ” (2017-2019) olan Jozef-Monroz Fransanın "Lans” (2008-2011), "Şatoru” (2010), "Brest” (2015-2017), Belçikanın "Kortreyk” (2011-2012) və "Genk” (2012-2015) komandalarında çıxış edib. Belçika (2013) və Azərbaycan Kubokunun (2019) qalibi olan futbolçu Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət milli komandalarında oynayıb.


Qeyd edək ki, bu, müdafiəçi Voislav Stankoviç və hücumçu Rauf Əliyevdən sonra "Qəbələ"dən "Neftçi"yə keçən 3-cü futbolçu olub. Eyni zamanda yarımmüdafiəçi Dario Frederiko da "ağ-qaralar"a qayıdıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND