Azərbaycanda 1,2 milyondan çox şagird psixoloji müayinədən keçirilib

21.05.2019 20:48
131
Azərbaycanda 1,2 milyondan çox şagird psixoloji müayinədən keçirilib

Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramına əsasən, 2 520 196 nəfər uşaq müayinələrdən keçirilərək qeydiyyata alınıb.


Bu, “2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə öz əksini tapıb.


Sənəddə bildirilib ki, ümumi təhsil müəssisələrində 2562 psixoloq tərəfindən 1 242 500 nəfər şagird müvafiq psixoloji müayinələrdən keçirilib.


Müayinələr zamanı şagirdlərin şəxsi işlərində qeydlər, onların emosional vəziyyətlərinin öyrənilməsi üçün müvafiq metodikalar əsasında işlər aparılıb (ONA).


Ekspress.az