Güləşçilərimiz erməni rəqiblərini məğlub ediblər

08.04.2019 15:30
101
Güləşçilərimiz erməni rəqiblərini məğlub ediblər

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.


İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb.


57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Mahir Əmiraslanov 1/8 finalda moldovalı Aleksandru Kirtoakanı məğlub edərək (9:7) növbəti mərhələyə yüksəlib.


65 kq çəkidə ölkəmizi təmsil edən Hacı Əliyev təsnifatda Belarus idmançısı Hüseyn Şaxbanova 7:2, 1/8-də erməni Vazgen Tevanyana isə 1:0 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Növbəti mərhələdə rəqibi Rusiya güləşçisi Naçin Kular olub. H.Əliyev bu rəqibini də sıradan çıxarıb - 5:3.


70 kq çəki dərəcəsində güləşən Ağahüseyn Mustafayev təsnifatda rusiyalı Məhəmmədrəsul Qazıməhəmmədovu 5:3, erməni rəqibi David Safaryanı 12:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Finala gedən yolda onun qarşısına Britaniya idmançısı Nikolae Koyokaru çıxacaq.

Digər təmsilçimiz Cəbrayıl Həsənov (79 kq) da mübarizəyə uğurla davam edir (trend). O, təsnifatda gürcü Nika Kentçadzenin (6:5) və alman Franko Mario Buettnerin (12:1) kürəyini yerə vurmağı bacarıb. C.Həsənov 1/2 finalda belorus Andrey Karpaçla qarşılaşacaq.


97 kq çəkidə çıxış edən Nurməhəmməd Hacıyev isə 1/8 finalda Abdulrəşid Sadullayevə məlub olub - 0:3.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND