193 nəfər dövlət qulluqçusu olmaq üçün müsabiqəyə ərizə verib

11.06.2019 11:05
31
193 nəfər dövlət qulluqçusu olmaq üçün müsabiqəyə ərizə verib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 11 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (56 vəzifə) növünə aid 58 vakant vəzifənin tutulması üçün mayın 16-da elan olunmuş müsabiqənin müsahibə mərhələsinə namizədlərin ərizə qəbulu davam edir.


DİM-dən bildirilib ki, iyunun 11-də saat 10:15-ə olan məlumata görə, müsahibədə iştirak etmək üçün 193 nəfər ərizə verib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (9 vakant yerə 83 namizəd) qeydə alınıb.


Qeydiyyat iyunun 14-dək davam edəcək.


Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında yerləşdirilib.


Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər iyunun 14-ü saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı

(https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.


Qeyd edək ki, müsahibəyə çıxarılmış 58 vakant vəzifənin 2-si 4-cü təsnifata, 25-i 5-ci təsnifata, 4-ü 6-cı təsnifata, 27-si isə 7-ci təsnifata aid olmaqla, 2-si AB, 25-i BA, 31-i isə BB vəzifə qrupuna aiddir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND