Daha iki erməni əsgəri yaralandı

17.01.2019 14:47
109
Daha iki erməni əsgəri yaralandı

Ermənistan silahlı qüvvələrində qeyri-döyüş itkilərinin sayı artmaqda davam edir.


Axar.az erməni KİV-nə istinadən xəbər verir ki, ermənilərin iki hərbi qulluqçusu piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıb. Hərbçilər təcili hərbi tibb müəssisəsinə təxliyə ediliblər. Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.


Qeyd edək ki, dünən Ermənistan KİV-i Tavuş vilayəti Barekamavan kəndinin sakini Arman Mikaelyanın minaya düşərək yaralanması barədə məlumat vermişdi.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND