Ermənistanda məhkum qadınlar həbsxanadan qaçmağa cəhd göstərib

27.09.2019 15:46
94
Ermənistanda məhkum qadınlar həbsxanadan qaçmağa cəhd göstərib

Ermənistanda məhkum qadınlar həbsxanadan qaçmağa cəhd göstərib.


Ekspress.az xəbər verir ki, bu barədə "Shamshyan.com" bildirib. 


Bildirilir ki, 20 yaşlı C.Luiza və 29 yaşlı X.Mareta həbsxanadan qaçış məqsədi ilə sözləşiblər. Onlar həbsxananın divarında 24 santimetr eni, 58 santimetr uzunluğu və 4 santimetr dərinliyi olan deşik açıblar.


Onlar maskalanma üçün xəmir və diş məcunundan istifadə ediblər. Qeyd edilir ki, məhbuslar cinayəti reallaşdıra bilməyiblər. Çünki həbsxananın əməkdaşları məhkumları görüblər.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb. (report)


Ekspress.az