Paşinyan Putinlə yanaşı dayanmaq istəmədi - Foto

02.10.2019 12:37
131
Paşinyan Putinlə yanaşı dayanmaq istəmədi - Foto

Ermənistan paytaxtında keçirilən Avrasiya İttifaqı Ali Şurasının iclasında bir neçə ölkənin liderləri iştirak etsə də, demək olar ki, bütün media Rusiya Prezidenti Vladimir Putinə “azarkeşlik” edir.


Ekspress.az xəbər verir ki, Putin İrəvanda Prezident iqamətgahına gəlib. Nikol Paşinyan bu iqamətgahda oturmaqdan könüllü şəkildə imtina etmişdi. Rusiya Prezidentinin iqamətgaha özünün Moskvadan gətirilən zirehli limuzini "Auris"lə gəlməsi rezonans doğurub.


Toplantıdan öncə iştirakçı liderlər xüsusi stendin qarşısında foto çəkdiriblər. Burada da V.Putinlə N.Paşinyanın bir-birindən aralı durması diqqətləri cəlb edib. Hətta Belarus Prezidenti A.Lukaşenko da şəkildə Paşinyandan kənarda dayanıb. Təbii ki, bu, liderlərin arxasındakı lövhədə onların ölkələrini göstərən işarələrin olması nəticəsində belə alınıb. Deməli, ev sahibliyi edən N.Paşinyan özü Putinlə yanaşı dayanmaq istəməyib.


Hər halda Ermənistan və Rusiya arasında çox maraqlı proseslər cərəyan etməkdədir. Putin İrəvana bir neçə saatlıq səfər etsə də, hələlik N.Paşinyanla onu yanaşı görən olmayıb. Münasibətlərin kifayət qədər soyuq olması elə soyuq fotolardan da aydın görünür. Mənzərə onu göstərir ki, Putin ona münasibətdən çox narazı qalıb. (musavat)


Ekspress.az

Açar sözlər: