İrana 50 milyon çəyirtkə hücum edib

23.04.2019 20:15
153
İrana 50 milyon çəyirtkə hücum edib


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 50 milyon çəyirtkənin İrana hücumunun qəsdən törədilməsi ehtimalını araşdırır.


Bunu İranın Bitki Qoruma Təşkilatının rəhbəri Məhəmmədrza Dərgahi keçirdiyi mətbuat konfransında deyib.


O deyib ki, FAO öz nümayəndəsini İrana göndərib və çəyirtkələrin hücumunun qəsdən törədilməsi məsələsini araşdırır:


“Qonşu ölkələr ötən illər ərzində hücumcu çəyirtkələrlə mübarizədə daha çox əməkdaşlıq edib. Səhrada olan çəyirtkələr təhlükəli və hər şeyi məhv edən canlılardır (ONA). Qarşılarına çıxan hər növ bitkidən qidalanırlar. Bu növ çəyirtkələr dünyanın 59 ölkəsinə hücumlar edir. Onların əsas məskunlaşdığı yer Afrikanın şimal və şərq bölgəsidir”.


M.Dərgahi bildirib ki, İrana hücum edən çəyirtkələr Afrikanın şimalından Səudiyyə Ərəbistana gedir və oradan İrana gəlir:


“İrana hücum edən çəyirtkələrin sayı 50 milyondan çoxdur və onlar hələ də hər şeyi məhv etməklə məşğuldur. Biz onlara qarşı mübarizəmizi davam etdiririk. Çəyirtkələr əvvəlcə yeyir, sonra yumurta qoyub artırlar. Törəmələrini artırmamışdan öncə onlarla mübarizə aparmaq lazımdır”.


Qeyd edək ki, ötən bir neçə həftə ərzində İranın cənub bölgəsinə milyonlarla çəyirtkə hücum edib və bu, kənd təsərrüfatı məhsullarının məhv olmasına səbəb olub.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND