Bu məmurların SƏRVƏTİ müsadirə ediləcək, özləri isə…

04.06.2019 09:33
236
Bu məmurların SƏRVƏTİ müsadirə ediləcək, özləri isə…

Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya qeyri-qanuni zənginləşməyə görə cinayət məsuliyyəti haqqında qanun layihəsi təqdim edib.


Ekspress.az xəbər verir ki, Ukrayna mətbuatı təqdim edilən qanun layihəsində məsuliyyətə cəlb edilən şəxslər üçün 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulduğunu yazıb. Həmçinin onların 3 ilə qədər vəzifə tutması qadağan ediləcək.


Qanun qəbul ediləcəyi halda qeyri-qanuni zənginləşənlərin qanunsuz aktivlərinin müsadirəsi də asanlaşdırılıb (axar.az).


Mətbuat qanun layihəsinin Ukrayna və xarici ekspertlər tərəfindən hazırlandığını bildirib.