Kadırov: "Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz"

17.02.2019 15:00
108
Kadırov: "Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz"

Heç bir təxribat və münasibətlərin aydınlaşdırılması Çeçenistanla Azərbaycan arasındakı qardaş münasibətləri poza bilməz.


Ekspress.az xəbər verir ki, bu haqda “Çeçnyatoday.com” saytı məlumat yayıb. Saytın məlumatına əsasən, bəyanatla Rusiya Federasiyasının Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov Çeçenistan rəhbəri Ramzan Kadırov adından çıxış edib.


O qeyd edib ki, Moskvada Qafqaz millətlərinin nümayəndələri arasında nifaq salmaq salmaq istəyən müəyyən kriminal qüvvələr var (Oxu.az).


Umarov Kadırovun adından danışaraq hazırda sosial şəbəkələrdə yayılan müəyyən təxribat xarakterli məlumatlara uymamağa, habelə Çeçenistanla Azərbaycanın nüfuzlu siyasətçilərinin sözlərinə diqqətlə yanaşmağa çağırıb.  


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND