Neftin ucuzlaşmasının davamlı olması iqtisadi gözləntilərə neqativ təsir edə bilər

07.06.2019 12:37
56
Neftin ucuzlaşmasının davamlı olması iqtisadi gözləntilərə neqativ təsir edə bilər

Neftin may ayından başlayan ucuzlaşmasının davamlı xarakter alması iqtisadi gözləntilərə neqativ təsir edə bilər. Bu haqda açıqlama Azərbaycan Mərkəzi Bankının (AMB) inflyasiya riskləri ilə bağlı şərhində öz əksini tapıb.


AMB qeyd edib ki, digər xarici risk mənbəyi dünya ərzaq bazarlarında bahalaşmanın davam etməsi və potensial inflyasiya idxalıdır. Ticarət tərəfdaşı ölkələrinin maliyyə bazarlarında qeyri-sabitlik riski isə nisbətən azalıb ki, bu da qabaqcıl ölkələrdə monetar siyasətin daha da sərtləşməsi gözləntilərinin azalması ilə izah edilir.

Daxili risk amillərinin reallaşması sosial xarakterli fiskal stimullar və maliyyə sektoru ilə bağlı qərarların istehlak bazarına və monetar sektora təsirinin miqyasından asılı olacaq:


"Son aylarda müşahidə edilən proseslər bu təsirlərin zaman üzrə yayıldığını göstərir. Qeyd olunan faktorların inflyasiyaya ötürücülüyü dərəcəsi tam olaraq ilin sonuna formalaşacaq".



Ekspress.az

  • SON XƏBƏR
  • TREND