Test imtahanının nəticələri açıqlandı


12.05.2019 15:49
175
Test imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzinin (DİM) Ədliyyə Nazirliyi ilə birlikdə Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanının nəticələri açıqlanıb.


DİM-dən Ekspress.az -a verilən məlumata görə, imtahanın nəticələri bu gün saat 14:07-dən etibarən mərkəzin internet saytında yerləşdirilib.


İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 384 nəfərdən 83-ü imtahana gəlməyib. 55 və daha çox bal toplamış 165 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND