Slovakiya rus diplomatı ölkədən qovub

05.12.2018 15:20
34
Slovakiya rus diplomatı ölkədən qovub

Rusiyanın Slovakiyadakı diplomatı ölkədən çıxarılıb.


“Qafqazinfo.az” xəbər verir ki, ölkənin hərbi kəşfiyyat idarəsi rus diplomatın NATO və Avropa İttifaqına daxil olan ölkəyə casusluq etdiyini bəyan edib. Slovakiyanın baş naziri Peter Pelleqrininin sözlərinə görə, Rusiya rəsmisinin qovulması barədə qərar noyabrın 22-si verilib və o, 48 saat ərzində ölkə ərazisini tərk edib. Diplomatın adı açıqlanmır, Rusiya hələlik bu məsələ barədə açıqlama verməyib.


Onu da qeyd edək ki, hadisə noyabrın 22-si baş versə də, Rusiya mediası bu barədə bu gün yazıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND