SOCAR-a dövlət büdcəsindən 604,5 milyon manat verilib

24.10.2018 10:35
156
SOCAR-a dövlət büdcəsindən 604,5 milyon manat verilib


SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2018-ci ildə bir sıra yataqlarda qazma işlərinin aparılması və təbii qazın “Azərenerji” ASC-yə satışına görə yaranan zərərin örtülməsi üçün dövlət büdcəsindən 604,5 milyon manatdan çox vəsait alıb. Ekspress.az bildirir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr üzrə nümayəndəsi İbrahim Əhmədov məlumat verib.


"SOCAR “Ümid”, “Qarabağ” və “Babək” yataqlarında quyuların qazılması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan 663,2 milyon manat məbləğində vəsaitin 442 milyon manatını artıq alıb", - deyə o bildirib.


Bundan başqa, şirkətə dövlət büdcəsindən ayrılan 300 milyon manat məbləğində subsidiyanın 162,5 milyon manatı da alınıb. «Bu vəsaitlər idxal olunan təbii qazın “Azərenerji” ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsinə yönəldilib.


Azərbaycan parlamenti yayda 2018-ci il dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklərə əsasən, SOCAR-a 963,2 milyon manat məbləğində vəsait ayrılacaq.


SOCAR tərəfindən bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “Babək” yataqları) üzrə qazma işlərinin aparılması məqsədi ilə dövlət dəstəyi olaraq SOCAR-ın nizamnamə kapitalının artırılması üçün 663,2 milyon manat və idxal olunan təbii qazın “Azərenerji” ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün şirkətə 300 milyon manat ayrılacaq.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND