ABŞ Kosmik Qüvvələrinin yaradılması haqqında memorandum imzalanıb


20.02.2019 09:14
252
ABŞ Kosmik Qüvvələrinin yaradılması haqqında memorandum imzalanıb

ABŞ prezidenti Donald Tramp ABŞ Kosmik Qüvvələrinin yaradılmasına dair memorandum imzalayıb.


Ekspress.az xəbər verir ki, memorandumun mətnini Ağ ev yayıb.


"Birləşmiş Ştatların kosmik sistemlərinin tarixən potensial rəqib sistemləri üzərində texniki cəhətdən üstünlük qazanmasına baxmayaraq, bu potensial rəqiblər böhran və münaqişələr dövründə bizim kosmosdan istifadəmizə mane olmaq imkanlarını inkişaf etdirərək, öz kosmik potensiallarını irəli aparırlar", - deyə memorandumda qeyd olunub (report).


Ekspress.az