Azərbaycanda məhkəmə hakimlərinin sayı Avropadan 3 dəfə azdır

13.06.2019 12:36
80
Azərbaycanda məhkəmə hakimlərinin sayı Avropadan 3 dəfə azdır

"Azərbaycanda hakimlərin sayının 200 nəfər artırılması planlaşdırılır".


Bu barədə Ədliyyə nazirinin müşaviri Toğrul Musayev Azərbaycan-Avropa İttifaqı Biznes Forumunda çıxışı zamanı deyib.


Onun sözlərinə görə, bu gün Azərbaycanda 100 min nəfərə düşən hakimlərin sayı 6 nəfərdir. Bu isə Avropa ölkələri üzrə orta göstəricidən üç dəfə azdır (APA).


T. Musayev qeyd edib ki, hələ 2006-cı ildə Azərbaycanda hakimlərin sayı iki dəfə artırılaraq 600-ə çatdırılıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND