Fransa prezidenti "sarı jiletlilər"i dialoqa çağırdı

06.01.2019 12:31
215
Fransa prezidenti "sarı jiletlilər"i dialoqa çağırdı

Fransa prezidenti Emmanuel Makron öz tvitter (Twitter) hesabında ölkəsində gedən "sarı jiletlər" hərəkatının etiraz aksiyalarına münasibət bildirib.


Ekspress.az xəbər verir ki, prezident aksiyalar zamanı baş vermiş zorakılıqları pisləyib və etirazçıları danışıqlara çağırıb.


"Yenə hədsiz qəddarlıq ölkəmizin üzərinə düşüb - onun keşikçilərinin, nümayəndələrinin və simvollarının. Bu hərəkətləri edənlər bizim vətəndaş müqaviləmizin mahiyyətini unudurlar. Ədalət qalib gələcək. Müzakirəyə və dialoqa gəlmək üçün hər kəs özünü ələ almalıdır" - Makron yazıb.


Qeyd edək ki, dünən Paris və digər şəhərlərdə keçirilən aksiyalarda "sarı jiletlilər"lə polis arasında toqquşmalar olub. Nəticədə 5-i polis olmaqla 43 nəfər yaralanıb. Fransa polisi 50 etirazçını saxlayıb.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND