Ramil Şeydayev Rusiya “Dinamo”suna keçib

02.07.2019 16:50
62
Ramil Şeydayev Rusiya “Dinamo”suna keçib

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Rusiyanın “Dinamo” klubunda tibbi baxışdan uğurla keçib.


23 yaşlı forvardın səhhətindən və fiziki durumunda heç bir problem aşkarlanmadığı üçün onunla müqavilə bağlanılacaq.


Şeydayev ötən mövsümü Rusiyanın “Krılya Sovetov” klubunda keçirib (report). Müqaviləsinin müddəti bitdiyi üçün Samara təmsilçisindən ayrılan forvard Premyer Liqada keçirdiyi 18 oyunda 4 qol vurub.


Qeyd edək ki, “Dinamo” son mövsümdə 33 xalla 12-ci yeri tutub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND