Bakıda 35 milyard manatlıq sənaye məhsulu istehsal edilib

30.11.2018 11:06
43
Bakıda 35 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Bakıda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-oktyabr aylarında 35 milyard manatlıq məhsul istehsal edilib. Bu il məhsul istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2  faiz çoxdur.


Ekspress.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 82,7 faizi mədənçıxarma sektorunda, 15,4 faizi emal sektorunda, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.


Mədənçıxarma sektorunda neft hasilatı 0,2 faiz, qaz hasilatı isə 3,6 faiz artıb.


Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə emal sektorunda içki istehsalı 7,7 faiz, tütün məmulatlarının istehsalı 75,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 68,8 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 3,4 dəfə, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı 18,4 faiz, kağız və karton istehsalı 22,9 faiz, poliqrafiya məhsullarının istehsalı 3,6 dəfə, neft məhsullarının istehsalı 3,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 36,6 faiz, tikinti materiallarının istehsalı 9,9 faiz, metallurqiya sənayesi 33,4 faiz, elektrik avadanlıqlarının istehsalı 78,0 faiz, mebel istehsalı 46,9  faiz, zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı 6,5 faiz artıb.


Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 0,2  faiz artıb.



Açar sözlər:
  • SON XƏBƏR
  • TREND