Cənubi Koreyada zavodda partlayış olub - Ölənlər var


14.02.2019 09:19
372
Cənubi Koreyada zavodda partlayış olub - Ölənlər var

Cənubi Koreyanın Tecon şəhərində döyüş sursatı istehsal edən zavodda partlayış, ardınca isə baş verən yanğın nəticəsində azı 3 nəfər həyatını itirib.


Ekspress.az -ın məlumatına görə, bu barədə cümə axşamı yanğınsöndürənlərə istinadən "Yonhap" məlumat yayıb (report). Əraziyə 40 yanğınsöndürən maşın cəlb olunub. Alov bir saat ərzində lokallaşdırılıb.


Ekspress.az