İlham Əliyev sinqapurlu həmkarına məktub ünvanladı

08.08.2019 20:25
254
İlham Əliyev sinqapurlu həmkarına məktub ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti xanım Həlimə Yaquba təbrik məktubu imzalayıb.


Ekspress.az report -a istinadən xəbər verir ki, məktubda deyilir:


"Hörmətli xanım Prezident,


Sinqapurun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.


Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".


Ekspress.az