Fransada məhkəmə xoruzun tərəfini tutdu

05.09.2019 16:52
69
Fransada məhkəmə xoruzun tərəfini tutdu

Fransada məhkəmə "tezdən durub", "qışqırıb banlayan" və "yatmağa qoymayan" Moris adlı xoruzun sahibinə qarşı yerli sakinlərin iddiasını rədd edib.


Artıq "gözləri mərcan xoruz" səhərin gəlişini hamıya "qanuni şəkildə" elan edə bilər.

Dənizkənarı Şaranta departamentində yaşayan xoruz Morisin ətrafında cərəyan edən hadisələr artıq neçənci ildir ki, davam edir. 


Moris və onun sahibi Korin Fesso qonşuları - yaşlı Bironlar tərəfindən məhkəməyə verilib. 

Xoruzun səsindən yata bilməyən Biron ailəsi 1000 avro dəyərində təzminat tələb edib. Həmin vəsaitin dənizdə batan dənizçilərin ailələrinə veriləcəyi nəzərdə tutulurdu. (oxu)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND